Ağıllı yollar dünyanı heyrətləndirdi - VİDEO

Avtoxəbər 20 Aprel 2014 00:00 Oxunub 2055
Ağıllı yollar dünyanı heyrətləndirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ağıllı” xətt nə vaxt bütöv, nə vaxt qırıq-qırıq olmağı özü müəyyən edir

Dünyanın müxtəlif ölkələrində yol hərəkətinin daha səmərəli təşkili, hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün müxtəlif yeniliklər edilir. avtosfer.az-ın verdiyi məlumata görə, Hollandiyada tikilən “ağıllı” yol (Smart Highway) layihəsində diqqəti çəkən elementlər çoxdur.  Bildiyimiz kimi, yolların istər əks istiqamətli, istərsə də eyni istiqamətli hərəkət zolaqları arasına xətt çəkilir. Yolun normal sahələrində 1.5 qırıq-qırıq nişanlanma xətti, təhlükəli sahələrində isə 1.1 bütöv nişanlanma xətti çəkilir. Hollandların “ağıllı” yolunda bu xətt ənənəvi olaraq boya ilə çəkilmir, onlar xüsusi işıqdır və yolda xətt kimi görünür. Marıqlı odur ki, “ağıllı” xətt nə vaxt bütöv, nə vaxt qırıq-qırıq olmağı özü müəyyən edir. Məsələn, qonşu zolaqla yaxında arxadan və ya qabaqdan gələn avtomobil olanda xətt dərhal bütöv olur və “deyir” ki, zolağı dəyişmə, təhlükəlidir. Həmin zolaq boş olduqda isə qırıq-qırıq olur və “deyir” ki, qonşu zolaq boşdur, yerdəyişmə etmək, yaxud ötmək istəyirsənsə, buyur. Hollandiyada salınacaq bu yollar həm də elektrik enerjisinə qənaət edəcək. Yollarda xüsusi boyalardan istifadə olunacaq ki, onlar gecə 8 saat işıq saçacaq. Yağışlı, qarlı havalarda yolda işarələr görünəcək.

avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh