Amerikada suda qalan bu maşınlar Azərbaycana da gətiriləcək - FOTOLAR

Avtoxəbər 13 Avqust 2014 23:42 Oxunub 14644
Amerikada suda qalan bu maşınlar Azərbaycana da gətiriləcək - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Leysan yağışlara görə ABŞ-da suda qalan maşınlar Azərbaycana da gətirilə bilər

Avtosfer.az saytı Amerika Birləşmiş Ştatlarında baş vermiş sel daşqınları ilə bağlı Azərbaycanda avtomobil həvəskarlarına xəbərdarlıq edir. Xəbardarlıq bundan ibarətdir ki, ABŞ-da leysan yağışlara görə yaranan daşqın nəticəsində küçələr keçilməz çaylara çevrilib. Bəzi küçələr və avtomagistrallar tamamən suyun altında qalıb. Su axınları minik avtomobillərini aparır, daşqınların öhdəsindən gəlmək yük nəqliyyatına da müyəssər olmur. Leysan yağışlara görə Merilend, Miçiqan və Arizona ştatları əzab çəkir. Yerli medianın qeyd etdiyi kimi, Detroyt şəhərində iki yüzillik ərzində belə leysanlar olmayıb. Daşqın nəticəsində artıq həlak olmuş insanların olduğu haqda məlumatlar var.

Məlum məsələdir ki, Azərbaycana bir çox xarici ölkələrdən, eləcə də Amerikadan avtomobillər gətirilir. Həmin ölkələrdən gətirilən avtomobillərin əksəriyyəti işlənmiş olur. Eləcə də, Yaponiya, Amerika kimi ölkələrdə təbii fəlakət nəticəsində sel daşqınlarında suda qalan avtomobillər də gətirilir ki, bu avtomobilləri idarə etmək olduqca təhlükəlidir. Məsələn, həmin avtomobillərin metal hissələri, mühərriki, xüsusən də elektrik naqilləri tez sıradan çıxır. Xüsusilə qeyd etmək istərdik ki, suya düşmüş maşınların elektrik naqilləri «naqar» bağlayır ki, bu da avtomobilin yanmasına səbəb olur. Bəzən Azərbaycanda avtomobil getdiyi yerdə alışır və sürücülər təəccüb edirlər ki, saz vəziyyətdə olan avtomobil nədən yansın? Diqqətinizə çatdırırıq ki, bu cür yanmalarının kökündə avtomobilin suya düşməsi və digər amillər böyük rol oynayır. Odur ki, Avtosfer.az-ın təqdim etdiyi bu fotolara diqqətlə baxın və «amerikanka» maşınlar alarkən mütləq yoxlatdırın. Bəzən elə fikir yaranır ki, Amerikan avtomobillərinin işlənmişi də super olur və heç bir problem ola bilməz. Lakin hər ehtimala qarşı siz yenə də servislərdə yoxlatdırın. Çünki fotolarda gördüyünüz suya düşmüş avtomobillərin nə vaxtsa Azərbaycana gətirilməyəcəyinə heç kim zəmanət verə bilməz.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ilgar 10 Noyabr 2014 22:55
Ne vaxta qeder onun bunun zibeline ehtiyacimiz olacaq. Ona gore olkeye avto senayenin inksafi lazimdir.