Bakıda avtobusda xuliqanlıq edən sərnişinin VİDEOsu

Xəbərlər 14 Avqust 2014 00:32 Oxunub 4830
Bakıda avtobusda xuliqanlıq edən sərnişinin VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cavan oğlan 3-4 dəqiqə ərzində sürücünü psixoloji təzyiq altında saxlayır

Bakıda ictimai nəqliyyatda sürücüyə qarşı xüliqanlıq edən gəncin görüntüləri yayılıb.Anspress-in məlumatına görə, görüntüləri avtobusda olan sərnişinlərdən biri çəkib. Görüntülərdə cavan bir oğlan 3-4 dəqiqə ərzində sürücünü psixoloji təzyiq altında saxlayır. Sürücünün və sərnişinlərin ona bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, heç kimi saymayan oğlan öz aləmindədir və etdiyi hərəkətlərin fərqinə varmır. Görünür, son zaman sayları sürətlə artan bu tiplər etdiyi hərəkətlərin necə böyük fəsadlara yol açacağından xəbərsizdir. Ən azından onlarla adamın həyatı üçün cavabdeh olan avtobus sürücüsünə hədə-qorxu gəlmək yox, hətta danışmağın xətalı olduğunu başa düşmürlər...

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh