Sərxoş qadın 200 minlik avtomobillə qəza törətdi - BAKIDA

Qəzalar 16 Avqust 2014 11:43 Oxunub 3043
Sərxoş qadın 200 minlik avtomobillə qəza törətdi - BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin qadın avtomobili ilə birgə ərazidən uzaqlaşıb

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda qadın sürücü qəza törədib. APA TV-nin məlumatına görə, qəza nəticəsində bir nəfər yaralanıb, qəzanı törədən qadın sürücü isə hadisə yerindən qaçıb. Qəza Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Taksi fəaliyyəti göstərən 42 yaşlı Rahim Mustafayev idarə etdiyi “Fiat” markalı avtomobillə Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən Təbriz küçəsi ilə yüksək sürətlə hərəkət edən sürücüsü məlum olmayan “90-VT-830” dövlət nömrə nişanlı “Porsche Panameira” onu vurub. Zərbə güclü olduğundan idarə etməni itirən “Fiat”ın sürücüsü avtomobili işıq dirəyinə çırpıb. Baş verən qəzada Rahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə qəzanı törədən “Porsche”nin sürücüsü və sərnişini içkili vəziyyətdə olduğu üçün hadisə yerini tərk ediblər.

Qeyd edək ki, "Porsche Panameira"nın qiyməti 150 min manatdan başlayır. Avtomobilin tuninq edilmiş modelllərinin qiyməti 200-250 min manatadək yüksəlir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh