700 min dollara 6 təkərli "Galendewagen"

Avtobazar 20 Aprel 2014 00:00 Oxunub 3113
700 min dollara 6 təkərli "Galendewagen"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər 3 oxu aparıcı olan bu avtomobildən Azərbaycanda hələ yoxdur

Gürcüstanda 700 min dollara "Mercedes-BENZ G 63 AMG 6X6" (Galendewagen) avtomobili satışa çıxarılıb. Lent.az-ın məlumatına görə, 2014-cü il istehsalı olan 6 təkərli bu avtomobil Qori şəhərindəki avtosalonlardan birində müştərilərə təklif edilir. Avtomobil bütün müasir avadanlıqlarla təchiz edilib, həmçinin 6X6 funksiyası ilə bütün yolsuzluq şəraitlərində əlverişlidir. Hər 3 oxu aparıcı olan bu avtomobildən Azərbaycanda hələ ki, yoxdur.

 

Qeyd edək ki, Gürcüstan avtosalonlarının əsas müştəriləri azərbaycanlılar hesab edilir. Yuxarıda qeyd edilən avtomobillərin adi və ya tüninq edilmiş modelləri ölkəmizdə dəbdədir.  

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh