Azərbaycanda bu yol pullu olacaq

Yeniliklər 15 Avqust 2014 02:14 Oxunub 3940
Azərbaycanda bu yol pullu olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat Nazirliyi Bakıdan Gürcüstana gedən yolun ödənişli olacağnı açıqlayıb

Bakıdan Gürcüstan sərhədinədək İpək yoluna paralel ödənişli yolun çəkilməsi nəzərdə tutulur. Bu barədə AzərTAc-a məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Belə ki, sürət həddi daha yüksək olduğundan sürücülər mənzil başına tez çatmaq üçün müəyyən məbləğ ödəməklə bu yollardan istifadə edirlər. Bu məsələ bir müddətdir ki, gündəmdədir və dünyadakı ən yaxşı təcrübələr nəzərdən keçirilib. Məqbul hesab edilən layihələr hazırda müzakirə mərhələsindədir.

Paytaxt gəlincə isə N.Həsənov vurğulayıb ki, Bakının yolları Nəqliyyat Nazirliyi ilə şəhər icra hakimiyyətinin balansındadır. Ona görə də şəhərdə ödənişli yolların tətbiqi ilə bağlı hər iki qurum arasında razılıq olmalıdır. “Bizdə belə təcrübə var. Məsələn, İçərişəhərin ərazisindəki yollardan istifadə pulludur. Gələcəkdə bu təcrübənin paytaxtın digər tarixi yerlərində də tətbiq olunması nəzərdə tutulur”, - deyə mətbuat katibi əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh