Türk Hava Yolları sərnişinin baqajını bu hala saldı – FOTO-VİDEO

Xəbərlər 17 Avqust 2014 16:16 Oxunub 2949
Türk Hava Yolları sərnişinin baqajını bu hala saldı – FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polad Poladov: «Heç bir kompensasiya vermirlər və işi uzatdılar»

Bakı şəhər sakini Polad Poladov Avtosfer.az saytına müraciət edərək Türk Hava Yollarından şikayətlənib. Oxucu bildirir ki, avqustun 6-da Türk Hava Yolları ilə Varşavaya gedib. Lakin baqajı yoxa çıxıb. Baqaj tapılanda isə elə halda olub ki, Polad Poladov təəccüblənib: «Şirkət baqajımı bu hala salıb, heç bir kompensasiya vermirlər, işi uzadırlar. Mən Varşavaya avqustun 6-da çatdım, baqaj isə iki gün gec gəldi və bərbad halda mənə çatdırıldı. Türk Hava Yollarına rəsmi qaydada şikayət yazsam da, məsələ ilə dərindən maraqlanmadılar. Nəticədə çantasız qalmışam. Baqaj şəkildə və videoda göründüyü kimi, dağılıb. arxa hissəsində cırıqlar var, içərisində paltarlarım çirklənib, əşyalarım sınıb. Çantanın tutacaq hissəsi tam olaraq yoxdur».

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh