Magistral yolda maşını işıqsız sürdü, ağır qəza baş verdi - FOTO

Gündəm 16 Avqust 2014 20:35 Oxunub 1344
Magistral yolda maşını işıqsız sürdü, ağır qəza baş verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maştağada baş vermiş qəza nəticəsində 3 nəfər yaralanıb

Dünən gecə saatlarında Bakının Maştağa qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib  APA-nın verdiyi xəbərə görə,  hadisə Məmmədyarov dairəsində qeydə alınıb. 34 yaşlı Telman Səfərov idarə etdiyi «BYD» markalı avtomobillə qəsəbədəki ara yoldan magistrala çıxmaq istəyərkən, Maştağadan Buzovna istiqamətində hərəkətdə olan Elxan Cuvarovun idarə etdiyi «VAZ-2106» markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza nəticəsində BYD-nın sürücüsü xəsarət almasada, VAZ-2106-da olan sürücü 25 yaşlı Elxan Cuvarov və  sərnişinləri – 26 yaşlı Orxan Məlikov, onun həmyaşıdı Mahmud Əhmədov  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının  köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanaya aparılıb. Hadisənin səbəbinə gəlincə, BYD-nın sürücüsü Telman Səfərov bildirib ki, VAZ-2106-nın sürücüsü  avtomobili magistral yolda işıqsız idarə etdiyindən, o, avtomobili görməyib. Nəticədə qəza baş verib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh