Yüksək sürət piyadanı xəstəxanalıq etdi - FOTO

Gündəm 16 Avqust 2014 20:47 Oxunub 1664
Yüksək sürət piyadanı xəstəxanalıq etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heydər Əliyev prospektində "Toyota" piyadanı vurub

Dünən gecə paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün altında qeydə alınıb. Təxminən 45-50 yaş arası kişi yolu keçmək istəyərkən Heydər Əliyev prospekti  ilə hava limanı istiqamətində “Toyota  Camry” markalı avtomobil onu vurub. Piyadanı vuran avtomobilin sürücüsü yaralını ağır vəziyyətdə 3 saylı şəhər kliniki  xəstəxanaya çatdırıb. Yaralının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Hadisə yerində olan şahidlərin sözlərinə görə qəza yüksək sürət səbəbindən baş verib. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın  rəyindən sonra məlum olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh