Hərbçimiz ağır qəza törətdi: ölən var

Qəzalar 16 Avqust 2014 21:11 Oxunub 1576
Hərbçimiz ağır qəza törətdi: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Namiq Musayev idarə etdiyi “MAZ” markalı maşınla 53 yaşlı velosipedçini vurub

Bu gün saat 09:00 radələrində Lənkəran şəhərinin mərkəzində, Mir Mustafaxan küçəsində ölümlə nəticələnən avtoqəza baş verib. Avtosfer.az-ın ans-ə istinadən məlumatına görə, Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin giziri Namiq Musayevin idarə etdiyi “MAZ” markalı maşın 4 yol ayrıcında velosipedlə hərəkət edən şəhər sakini, 53 yaşlı İsmayıl Nəsirovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Şahidlərin bildirdiyinə görə, qəzaya velosipedçinin diqqətsizliyi, işıqfora məhəl qoymadan hərəkətini davam etdirməsi səbəb olub. Faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh