Kondisionersiz maşın sürənlərin nəzərinə; 43 dərəcə isti olacaq

Gündəm 16 Avqust 2014 21:17 Oxunub 1595
Kondisionersiz maşın sürənlərin nəzərinə; 43 dərəcə isti olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 17-də gözlənilən hava haqqında məlumatı açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 17-də gözlənilən hava haqqında məlumatı açıqlayıb. Avtosfer.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sabah Bakıda havanın temperaturu gecə 23-27, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 40-45 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40 , bəzi yerlərdə 43, dağlarda gecə  12-17,  gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh