Şabranda ağır qəza: sərnişin "parpres"dən bayıra düşdü - FOTOLAR

Avtoxəbər 20 Aprel 2014 00:00 Oxunub 1991
Şabranda ağır qəza: sərnişin "parpres"dən bayıra düşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şüşəni sındırıb bayıra çıxan sərnişin təhlükəsizlik kəmərindən istifadə etməyib

Bakı-Quba yolunda qəza olub. Anspress-in verdiyi məlumata görə, magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində, Taxta Körpüyə çatmamış "VAZ 21010" markalı avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişinlər ağır xəsarətlər alıblar. Onlar təcili xəstəxanaya çatdırılıblar. Hadisə şahidlərinin verdikləri məlumata görə, sürücü xəsarət alsa da, hadisə yerini tərk etməyib. Sumqayıt sakini olduğunu bildirən sürücü qəzaya səbəb kimi qarşısına "KamAZ" markalı maşının çıxmasını göstərib. Yaralı halda xəstəxanaya aparılan sərnişinlərdən biri sürücünün anası olub. Hadisə yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıblar.

Fotolardan da göründüyü kimi, yaralılardan biri avtomobilin qabaq alın şüşəsinə dəyib və şüşəni sındırıb. Şüşəni sındırıb bayıra çıxan sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün belə bir vəziyyət alınıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh