Sürücülərə xəbər; cərimə balları ilə bağlı qanuna dəyişiklik edildi

Yeniliklər 17 Avqust 2014 15:39 Oxunub 4884
Sürücülərə xəbər; cərimə balları ilə bağlı qanuna dəyişiklik edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş nazir Artur Rasizadə bununla bağlı qərar imzalayıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilib. Baş naziri Artur Rasizadə qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilməsinə imza atıb. Qərarda deyilir:

1. 4.1-ci bəndin birinci və üçüncü cümlələrində "mərkəzi məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bəndin ikinci cümləsində və 5.2-ci bənddə "mərkəzi məlumat sisteminə" sözləri "mərkəzi informasiya sisteminə" sözləri ilə əvəz edilsin.

3. 4.1-ci bəndin ikinci abzasında "mərkəzi məlumat bazasının" sözləri "mərkəzi informasiya sisteminin" sözləri ilə əvəz edilsin.

4. 5.1-ci bənddə "mərkəzləşdirilmiş məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.

 

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh