14 yaşlı «avtoş» qız Nabranda aranı qatdı – FOTO

Xəbərlər 18 Avqust 2014 12:57 Oxunub 5449
14 yaşlı «avtoş» qız Nabranda aranı qatdı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, çimərlikdə təhlükəli manevrlər edərək insanları qorxudub

14 yaşlı «avtoş» qız Nabranda insanların çox olduğu çimərlikdə yüksək sürətlə maşın sürərək istirahət edənlərə təhlükə yaradıb. Şahidlərin Oxu.Az-a verdiyi məlumata görə, onlar istirahət zamanı maşınla vurulma və ya altında qalıb əzilmə təhlükəsi ilə üzbəüz qalıblar. Şahidlərin söylədiklərinə görə, Nabran istirahət mərkəzində insanların dincəldiyi ərazidə 14 yaşlı qız yüksək sürətlə “Nissan X-Trail” markalı 99 HA 513 dövlət nömrə nişanlı avtomobili idarə edərək, insanların həyatını təhlükəyə atıb. Ondan bu hərəkətinə son qoymaq tələb edildikdə isə o, cavab olaraq bədəni döymələrlə örtülmüş atası ilə geri qayıdıb. Atası isə qızının burada maşın sürəcəyini bildirib. İstirahət edənlərlə qızın atası arasında söz-söhbət yaranıb, bundan sonra qız bir neçə dəfə dövrə vuraraq ərazidən uzaqlaşıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh