Yol qaydalarını pozan sürücü polis şöbəsində öldü

Yol polisi 19 Avqust 2014 17:51 Oxunub 2059
Yol qaydalarını pozan sürücü polis şöbəsində öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
61 yaşlı Sabirabad sakini kəskin ürək ağrıları ilə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib

Sabirabad Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb. Şöbədə saxlanılan 61 yaşlı Məhərrəm Abbasov qəfildən dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov təsdiqləyib. Bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasovun səhhəti kəskin pisləşib. Kəskin ürək ağrıları ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Abbasov infarktdan dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh