Diqqət! Bu yolda açıq luk var - FOTOLAR

Xəbərlər 21 Avqust 2014 18:21 Oxunub 2002
Diqqət! Bu yolda açıq luk var - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Seymur Civişov avtomobilinə dəymiş ziyana görə məhkəməyə üz tutmaq qərarına gəlib

Bakı şəhər sakini Seymur Civişovun idarə etdiyi «Chevrolet» markalı nəqliyyat vasitəsi Bakının mərkəzi küçələrindən birində açıq qalmış luka düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Bu barədə Avtosfer.az saytına məlumat verən Seymur Civişovun bildirdiyinə görə, hadisə zamanı özünə heç nə olmasa da, maşının təkəri və diski yararsız hala düşüb: «Avqustun 20-də axşam saatlarında Əhmədbəy Ağa oğlu küçəsi ilə gedərkən maşınım yolda olan açıq luka düşdü. Təkər və diski cırıldı, maşına maddi ziyan dəydi. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər verdim. Hadisəni qeydə aldilar və dedilər ki, gəlib izahat yazarsınız. Sonra maşınımı evakuaotrla evə apardım».

Bundan sonrakı prosedurun nədən ibarət olacağı və hüquqi yardıma ehtiyacı olduğu barədə məlumat verən zərərçəkən deyib ki, bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlib. O, dəymiş ziyanın aidiyyatı qurumlar tərəfindən ödənilməsini tələb edir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh