Yol niyə çöküb? – RƏSMİ CAVAB

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1750
Yol niyə çöküb? – RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Azərsu" ASC: «Kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb»

Bakının Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakının Nobel prospektində yolda baş verən çökmə ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, "Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır: “İndiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb”. A.Cəbrayıllı deyib ki, hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil: “Kollektorda çirkab suların səviyyəsi düşdükdə xətt daxildən yoxlanacaq, yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq”. Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh