Yol polisi olmayanda Bakını bu hala salırlar - VİDEO

Yol polisi 24 Avqust 2014 01:40 Oxunub 4456
Yol polisi olmayanda Bakını bu hala salırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Maserati» və «BMW-X-5» ATS-in qarşısında əks yola çıxaraq qırmızı işıqdan keçir

İzlədiyiniz bu video avqustun 23-dən 24-nə keçən gecə Bakı şəhərində qeydə alınıb. Avtosfer.az-a oxuculardan biri tərəfindən göndərilən videonu ona görə təqdim edirik ki, Dövlət Yol Polisi harınlamış və insanların həyatına təhlükə yaradan bu iki avtomobili idarə edən sürücüləri tapıb cəzalandırsın. Və bu da digərlərinə dərs olsun. Videonun 00:22-ci saniyəsinə diqqətlə baxın. Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət edən «Maserati» və  «BMW-X-5» markalı avtomobillər digər nəqliyyat vasitələrinə təhlükə yaradır. ATS-in binasının qarşısı ilə əks istiqamətli yolda hərəkət edən bu avtomobillər bir qədər hərəkət etdikdən sonra svetoforun qırmızı işığından keçərək sağa dönürlər.

Avtomobilinin videoqeydiyyat cihazı vasitəsilə bütün bu prosesi qeydə alınan oxucu videoya maraqlı ad da tapıb; YPX-siz Bakı yolları. Bəli, bu gün doğrudan da yol polisinin olmadığı küçə və yollarda bəzi harın sürücülər «at oynadır». Lakin onlar unutmasınlar ki, bu əməlləri həm Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları, həm də vətəndaş olaraq ictimai borcunu yerənə yetirən insanların mobil telefonları və avtomobildəki videoqeydiyyat cihazları vasitəsilə qeydə alınır. DİN-in kameralarının çəkdiklərinin aqibəti barədə bir söz deyə bilmərik, amma bizə göndərilən hər bir video və fotomaterialla bağlı məlumat veririk. İndi qalır Dövlət Yol Polisinin bu videonu izləyib öz kameraları ilə tutuşdurması və həmin sürücüləri aşkarlamaqla qanunun tələb etdiyi formada tədbir görməsi. Ümid edirik ki, belə də olacaq.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Miko 10 Noyabr 2014 22:55
YPX olmasada yol hereket kameralari her weyi an ba an lente alir..Siz narahat olmayun..