Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1738
Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Temperatur 2-4 dərəcə enəcək

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək. Yaxın 2 gün ərzində də ölkə ərazisində yağıntılı hava müşahidə ediləcək. Havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə düşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 19-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh