DYP-dən biabırçı səhv - FOTO

Yol polisi 25 Avqust 2014 15:30 Oxunub 5692
DYP-dən biabırçı səhv - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Haqsız yerə vətəndaşları incidən DYP əməkdaşları cəzalandırılsın»

Füzuli rayon Mollaməhərrəmli kənd sakini İsmayıl Hacıyev Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. İ.Hacıyevin ünvanına göndərilmiş 31 iyul 2014-cü il tarixli məktubda, 23 may 2014-cü ildə inzibati xəta haqqında (seriya MMX , N: 472533) protokolda şəkili çəkilmiş avtomobilin markası «KİA Sportage», dövlət qeydiyyat nişanı isə 90-DU-294-dir. Şəklin altındakı qeyd olunmuş nömrə isə 90-DJ-754-dir: “Mənə məxsus avtomobil isə «Mercedes Benz» -200 minik, 90-DJ-754 dövlət qeydiyyat nişanlıdır. Protokola əsasən mənə İXM-nin 151-1.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə yazıblar. Sizdən xahiş edirəm ki, mənə yazılmış qanunsuz protokol ləğv edilsin. Öz işinin öhdəsindən gələ bilməyən, haqsız yerə vətəndaşları incidən DYP əməkdaşları cəzalandırılsın”./qafqazinfo

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Cavid 10 Noyabr 2014 22:55
Men de bu radara duwmuwem.Burda suret 80 olmalidir.Meni de 83 nen cekib.Bilmirem ne meseledi.Deyesen hami 83 nen duwur bu radara
Cavid 10 Noyabr 2014 22:55
Men de bu radara duwmuwem.Burda suret 80 olmalidir.Meni de 83 nen cekib.Bilmirem ne meseledi.Deyesen hami 83 nen duwur bu radara