Sabirabadda ağır qəza: 1 ölü, 2 yaralı

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1615
Sabirabadda ağır qəza: 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 20-də saat 02 radələrində Sabirabad şəhərinin ərazisində ağır yol qəzası baş verib. avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Talıb Hüseynovun idarə etdiyi “VAZ 2106” və Qəzli kənd sakini Hidayət Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. T.Hüseynov hadisə yerində ölüb, H.Əhmədov və sərnişini, həmkəndlisi Eldəniz Mustafayev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh