DYP sürücülərə səsləndi - VİDEO

Yol polisi 26 Avqust 2014 18:15 Oxunub 2204
DYP sürücülərə səsləndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədi şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Binəqədi şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. ANS-in məlumatına görə, Binəqədi kəndi, Binəqədi qəsəbəsi də daxil olmaqla yolun Novxanı istiqamətində olan hissəsinə yeni asfalt örtüyü çəkilir. Şossedə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət Novxanı-Bakı- Sabunçu yolu ilə müəyyənləşib. Yolun asfalt-beton örtüyü sıradan çıxdığından bir neçə gün bundan əvvəl yolun həmin hissəsində təmir işlərinə start verilib. Yolun səki hissəsinin də yenidən təmir olunması nəzərdə tutulur. Təmir işləri ilə əlaqədar qeyd edilən ərazi üzrə nəqliyyatın sıxlığının, uzunmüddətli tıxacların və yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün təmir-tikinti işləri başa çatana qədər Bakı şəhər Baş Dövlət İdarəsi sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir. Həmçinin şəxsi avtomobilləri olan sürücüləri ictimai nəqliyyatdan yararlanmağa dəvət edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirib ki, sürücülər Balaxanı yolu, Biləcəri qəsəbəsi yolundan yaxşI olarki istifadə etsinlər. Sumqayıt- Bakı yolu ilə hərəkət etmələri tövsiyyə olunur. Yolun yaxın bir neçə gün ərzində sürücülərin istifadəsinə veriləcəyi bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh