Avtopark üçün mümkün olan yerlərin sayı və adları açıqlandı – SİYAHI

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1789
Avtopark üçün mümkün olan yerlərin sayı və adları açıqlandı – SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təklif edilən 288 müvəqqəti duracaqda eyni anda 6422 avtomobil saxlamaq mümkün olacaq

Bakıda avtomobillərin küçələrdə parklanması üçün təklif edilən 288 müvəqqəti duracaqda eyni anda 6422 avtomobil saxlamaq mümkün olacaq. Bir avtomobil üçün eni 2.75 m, uzunluğu 6.10 m olan standart yer nəzərdə tutulur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, NİİM 2 il müddətində paytaxtın 185 küçə və prospektində araşdırmalar aparıb. Araşdırmaların nəticəsinə əsasən NİİM Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh