İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1634
İlham Əliyev Kambocaya səfərə dəvət edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident Kamboca Krallığının baş nazirini qəbul edib

Prezident İlham Əliyev aprelin 21-də Kamboca Krallığının baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Baş nazirin Azərbaycana ilk səfərinin əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirən dövlət başçısı səfərin uğurlu olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələri qurulması üçün yaxşı imkanların olduğunu vurğulayıb. Dövlət başçısı Kamboca Krallığının baş naziri H.Senin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. Baş nazir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Kamboca Krallığının baş naziri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh