Nazirini qardaşından avtoyarış videosuna sərt reaksiya

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1653
Nazirini qardaşından avtoyarış videosuna sərt reaksiya
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elton Məmmədov: «Bunlar hamısı yalandır, iftiradır, şantajdır»

MillətvəkiliEltonMəmmədovoğlunaməxsusolduğuiddiaedilənavtomobilinBakıdayüksəksürətlə hərəkətetməsivə avto-yarışa çıxması xəbərinə münasibətbildirib. Lent.az-a açıqlama verən E.Məmmədov bildirib ki, həmin videodakı avtomobillərin ona və övladlarına heç bir aidiyyatı yoxdur: “Bunlar hamısı yalandır, iftiradır, şantajdır”.

 

Qeyd edək ki, bu gün virtualaz.org saytı dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şosesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videokadrları yayıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). Xəbərdə bildirilir ki, “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib. O da qeyd edilib ki, həmin videokadrlar yeni deyil və 2012-ci ilin mayında çəkilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh