Sığortaya kömək edən yol polislərinə pul verildi

Yol polisi 29 Avqust 2014 23:39 Oxunub 2029
Sığortaya kömək edən yol polislərinə pul verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hikmət Əsgərov: «Hələ də avtomobilini icbari sığortalamayan sürücülər var»

Naxçıvan Muxtar Respublikasında 17 mindən artıq avtomobil sığortalanıb. Bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində Naxçıvanın Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə keçirilən tədbirdə bildirilib. Avtosfer.az-ın fins.az-a istinadən verdiyi məlumata görə, tədbirdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantıda Dövlət Baş Sığorta Agentliyinin direktoru Hikmət Əsgərov bildirib ki, Naxçıvanda 17 mindən artıq avtomobil icbari sığorta olunsa da, hələ də avtomobilini icbari sığortalamayan sürücülər var. Onun sözlərinə görə, Dövlət Yol Polisi ilə əməkdaşlıq sayəsində həmin sürücülər də qanunvericiliyin tələblərinə uyğun olaraq icbari sığortaya cəlb olunacaqlar. Tədbirin sonunda sığorta işinin aparılmasında fərqlənmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin 15 əməkdaşına pul mükafatı verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh