Ara məsafəsi saxlamayanların axırı belə olur – VİDEO

Avtobazar 1 Sentyabr 2014 11:56 Oxunub 1829
Ara məsafəsi saxlamayanların axırı belə olur – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Sumqayıt yolunda baş vermiş zəncirvari qəzanın videosu yayılıb

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib. Qəza nəticəsində 4 avtomobil bir-birinə çırpılıb. Avtosfer.az-ın registrator.tv-yə istinadən verdiyi məlumata görə, qəzaya səbəb isə ara məsafəsini düzgün saxlamamaqdır. Sol zolaqla hərəkət edən ağ rəngli avtomobil qarşıdakı maşınların tormozlaması nəticəsində vəziyyətdən çıxa bilmir. Çünki məsafə çox yaxın idi. Elə onun qarşısındakı qara rəngli «Mersedes»in də sürücüsü ara masəfaəsini düzgün seçmədiyi üçün ağ maşın «Mersedes»ə, sonuncu isə qarşıdakı gümüşü rəngli digər «Mersedes»ə çırpılıb. Həmin «Mersedes» də özündən əvvəlki qara rəngli digər avtomobilə dəyir. Beləliklə, bir sürücünün səhvi 4 maşının yüngül də olsa əzilməsinə səbəb olur. Bu da həmin 4 sürücünün maddi ziyana düşməsi, nə qədər vaxt itirməsi deməkdir. Odur ki, ara məsafəsini saxlayın ki, aranızda narahatlıq yaşanmasın.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh