Kim yol verməlidir – YENİ SUAL

Yarışma 2 Sentyabr 2014 17:15 Oxunub 3546
Kim yol verməlidir – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı yeni sualı təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: 

Şəkildə gördüyünüz boz rəngli avtomobilin sürücüsü səkinin yanında dayandığı yerdən hərəkətə başlamaq istəyir. Qırmızı rəngli avtomobilin sürücüsü isə sağa yerdəyişmə edərək səkinin yanında dayanmaq istəyir. Bu nəqliyyat vasitələrindən hansının sürücüsü yol verməlidir?

A) Boz rəngli avtomobilin sürücüsü;

B) Qırmızı rəngli avtomobilin sürücüsü;

C) Bu vəziyyəti yol hərəkəti qaydaları tənzimləmədiyindən sürücülər öz aralarında razılaşmaya uyğun hərəkət etməlidirlər.

 

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elmin 10 Noyabr 2014 22:55
Cavab B.
vusal imanov 10 Noyabr 2014 22:55
BOZ AVOTMOBIL DURDUQU YERDEN ESAS YOLA CIXMAQ ISTEDIYI UCUN SOLDAN GELEN AVTOMOBILE YOL VERIB SONRA KECMELIDIR.CAVAB A VARIANTIDI.
Elçin 10 Noyabr 2014 22:55
A. Boz rengli avtomobil yol vermelidir. Cunki yolun kenarindan herekete baslayan surucu hereketde olan diger masinlara yol vermelidir
aer 10 Noyabr 2014 22:55
A varianti
nail 10 Noyabr 2014 22:55
salam.eyni derceli yolda her iki neqliyyat veasitesinin huququ eyni oldugu zaman sagdaki avtomobile yol verilmeldir sagdaki bos rengli olduguna gore qirmizi boza yol vermelidir
Əbülfət 10 Noyabr 2014 22:55
Boz maşın yol verməlidir.Çunku yol kənarında dayanmış mashin hərəkətə başlamadan öncə hərəkətdə olan maşına yol verməlidir.
Arzu 10 Noyabr 2014 22:55
A-hrekete bashlamaq isteyen boz rengli avtomobilin surucusu yol vermelidir.
FARID 10 Noyabr 2014 22:55
iki minik avtomobili eynaxta yerdeyisme etmek isdeyerse sagda ki avtomobil ustunluye malikdir burda qirmizi avtomobil ag avtomobile yol vermeli sonra ozu yerdeyismeni etmelidir
Zülfəli 10 Noyabr 2014 22:55
A Boz rəngli avtomobilin sürücüsü;
tamerlan 10 Noyabr 2014 22:55
boz rengli masinin surucusu yol vermelidi
Samir 10 Noyabr 2014 22:55
qirmizi mashin yol vermelidir.
Vamiq 10 Noyabr 2014 22:55
Boz renal I automating
EMİN 10 Noyabr 2014 22:55
Eyni istiqamətdə paralel hərəkət edən hər iki nəqliyyat vasitəsi eyni vaxtda zolağı dəyişmək qərarına gəliblərsə sağ tərəfdə olan nəqliyyat vasitəsinə yol verilməlidir. Yəni qirmizi rəngdə olan NV ağ rəngdə olan NV-nə yol verməlidir.
elmir 10 Noyabr 2014 22:55
menim sualim bbendidir