Bu avtomobilin yeni modelindən 40 ədəd buraxılacaq - VİDEO

Avtobazar 2 Sentyabr 2014 00:55 Oxunub 2123
Bu avtomobilin yeni modelindən 40 ədəd buraxılacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu model Böyük Britaniya üçün hazırlanıb və 911 Turbo S modelinin 40 illiyinə həsr edilib

«Porsche 911» klassik modelinin milyonlarla pərəstişkarı üçün Porsche Exclusive bölməsinin mütəxəssisləri növbəti xüsusi avtomobil hazırlayıblar. Anspress-in məlumatına görə, Porsche 911 Turbo S GB Edition adlandırılan yeni model cəmi 40 nüsxədən ibarət tirajla buraxılacaq. GB Edition xüsusi buraxılışı Böyük Britaniya üçün hazırlanıb və 911 Turbo S modelinin 40 illiyinə həsr edilib. Xüsusi versiya 20 düymlük parlaq Sport Classik diskləri, kuzovun yanları boyu Porsche loqotipli qara zolaqlar, yeni yan güzgülər, arxa spoyler və qapı dəstəkləri əldə edib. Kupenin salonu qırmızı tikişli qara dəri ilə üzlənib və qırmızı təhlükəsizlik kəmərləri, dəri haşiyəli unikal ayaqaltılar əldə edib, başaltılara isə Porsche yazısı əlavə edilib. 40 müştərinin hər birinə avtomobilin ərsəyə gətirilməsi prosesini tam əks etdirən fotoqrafiyaların toplandığı xüsusi kitab və açarlar üçün dəri kisə hədiyyə ediləcək. Porsche 911 Turbo S GB Edition versiyasını ilkin sifarişlə 150 237 funt sterlinqə əldə etmək mümkündür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh