Dəhşətli piyadavurma VİDEOsu

Avtobazar 4 Sentyabr 2014 01:59 Oxunub 2365
Dəhşətli piyadavurma VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun normal işıqlandırılmaması və piyadanın səhlənkarlığı ağır qəzaya səbəb olur

Avtosfer.az saytı Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntülərinə təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın görüntüləri günün qaranlıq vaxtı olduğu üçün tam aydın deyil. Amma diqqətlə baxdıqda piyadanın hansı səbəbdən vurulduğunu anlamaq çətin deyil. Birincisi, həmin ərazidə piyada keçidi görünmür. Bəzilərinə elə gəlir ki, qaranlıq düşəndə keçid olmayan yerdən də keçib getmək olmar. Amma unutmaq olmaz ki, qanun gecə də işləyir, gündüz də. Odur ki, piyada keçidindən mütləq istifadə olunmalıdır. Keçid olmayan yerlərdə isə yolu tez və işıqlı olan yerlərdən keçmək lazımdır.

Digər tərəfdən, kadrlara diqqətlə baxdıqda görürük ki, həmin küçədə yolun işıqlandırılması yox səviyyəsindədir. Piyada isə bunu görə-görə qaranlıq yolda yolu sanki parkda gəzirmiş kimi keçir. Bunun nəticəsində də avtomobil onu vurub bir neçə metr kənara tullayır.

Gəlin bir şeyi unutmayaq ki, insan özü öz canını, həyatını düşünmürsə, başqası heç düşünməyəcək. Gəlin, həm özümüzün, həm də ətrafdakıların həyatını qoruyaq. Bunun üçün isə qaydalara əməl etmək lazımdır. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh