Bakıda “Zapı”nı qaçıraraq kül etdilər

Avtobazar 5 Sentyabr 2014 21:55 Oxunub 1798
Bakıda “Zapı”nı qaçıraraq kül etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın oğurlamaqda şübhəli iki nəfər tutulub

Bakıda maşın oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami rayonunda Əlibaba Daşdəmirova məxsus “ZAZ” markalı avtomobili qaçırılıb. Məlumat daxil olan kimi polis əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində avtomobili qaçıran Bakı şəhər sakinləri Xəyal Sultanov və Ramin Zeynalzadə müəyyən edilərək saxlanılıb. Məlum olub ki, onlar qaçırdıqları avtomobili sənədlərilə birlikdə Binə qəsəbəsinin ərazisində yerləşən “Zeytunluq” adlandırılan ərazidə yandırıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh