Marallar yolu bağladı - FOTO

Avtobazar 6 Sentyabr 2014 14:58 Oxunub 1594
Marallar yolu bağladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
San-Fransiskoda qeyri-adi hadisə baş verib

San-Fransiskoda qeyri-adi hadisə baş verib. Anspress-in “NBC News”a istinadən verdiyi məlumata görə, “Qızıl qapılar” adlanan körpüdə iki maral böyük qalmaqal yaradıb. Belə ki, iki maral körpüyə çıxaraq gəzişiblər. Bu zaman körpüdən keçən yüzlərlə avtomobil dayanmalı olub. Bu səbəbdən də körpünün üstündə dəhşətli tıxac yaranıb və 2 saata yaxın avtomobillərin hərəkəti iflic olub. Hadisə yerinə xüsusi mühafizə orqanları çağırılıb. Lakin aidiyyatlı şəxslər gələnə qədər marallar körpüdən enərək meşəliyə gediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, birinci dəfədir ki, vəhşi heyvanlar ictimai yola çıxırlar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh