15 ildir texniki baxış talonlarını qoparmayan sürücü - FOTO

Yol polisi 8 Sentyabr 2014 13:25 Oxunub 2990
15 ildir texniki baxış talonlarını qoparmayan sürücü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün buna kolleksiya kimi yanaşır; əslində isə görüntü məhdudlaşır və qəza riskini artırır

Bu gün Avtosfer.az saytının əməkdaşı Bakıda maraqlı bir avtomobillə rastlaşıb. Avtomobilin milliyətcə rus olan sürücüsü 2000-ci ildən bəri Dövlət Yol Polisi tərəfindən verilən bütün texniki baxış talonlarını nəqliyyat vasitəsinin qabaq alın şüşəsinə yapışdırıb. «VAZ-2104» markalı bu avtomobilin alın şüşəsində 15 texniki baxış, bir sığorta birkası mövcuddur. Demək olar ki, şüşənin 3-də 1-i tutulub və görüntü məhdudlaşıb. 

Əslində necə olmalıdır? Qanunvericiliyə görə, avtomobilin alın şüşəsinin sağ küncündə kənarlardan 10 sm aralı olmaqla yalnız son texniki baxış talonu yapışdırıla bilər. Növbəti talon vurlarkən, əvvəlki qoparılıb atılmalıdır. Şəkildə talanlor sürücü üçün görünüşü çox ciddi məhdudlaşdırır. Bu isə olduqca təhlükəlidir.

 

Elməddin

 
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh