Maşın alanların sayı azalıb - VİDEO

Avtobazar 9 Sentyabr 2014 18:17 Oxunub 1743
Maşın alanların sayı azalıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rustavi bazarında görünməmiş durğunluq yaşanır

Gürcüstan Milli Statistika Xidmətindən bildirilib ki, bu ilin ilk 7 ayı ərzində Gürcüstandan Azərbaycana avtomobil ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% azalıb. Qonşu ölkənin Rustavidə yerləşən əsas avtomobil bazarında isə satıcılar həqiqətdə bu rəqəmin göstəriləndən daha çox olduğunu deyirlər. Satıcı Nukri Namşuridze deyib ki, satış təxminən 70% azalıb artıq. Onun sözlərinə görə, həmişə azərbaycanlı alıcılar bazarda daha çox olub, amma indi isə alıcılar yoxdu və bazar demək olarki boşdur. Digər satıcıların sözlərinə görə, iri mühərrikli avtomobillərin həm bazar qiymətinin, həm də gömrük rüsumunun yüksək olması bu tip minik maşınlarına təlabatı azaldır. Azərbaycanda hazırda qüvvədə olan Avro-4 standartlarına cavab verməyən kiçik mühərrikli avtomobillərin ölkəyə buraxılmaması isə maşın almaq üçün xaricə, eləcə də qonşu Gürcüstana üz tutanların sayını xeyli azaldıb. Avtomobil satıcıları həm də Avro-4-ün tərtibində boşluqların olduğunu deyirlər. 

Sadalanan bütün bu çətinliklərə baxmayaraq Milli Statistika Xidmətinin məlumatına görə, Azərbaycan- Gürcüstanın avtomobil ixracında 50,4 % pay sahibi olmaqla yenə də xüsusi çəkiyə malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh