«Lexus»un loqosunun möhtəşəm mənası varmış - FOTO

Avtobazar 11 Sentyabr 2014 11:11 Oxunub 7476
«Lexus»un loqosunun möhtəşəm mənası varmış - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Lexus» avtomobilinin loqosu hüdudsuz və qüsursuz gözəllik mənasını verir

«Lexus» avtomobilinin loqosunun maraqlı tarixi və mənası var. Bu adda avtomobilləri «Toyota» şirkətinin buraxdığı hamıya məlumdur. Avtosfer.az xəbər verir ki, Yaponiyanın bu avtonəhəngi Şimali Amerika bazarında özünə layiqli yer tutmaq üçün 1983-cü ildə tam yeni marka ilə avtomobil buraxmaq qərarına gəldi. Amerika bazarı üçün hazırlanacaq bu markanın adı müzakirə edilərkən daha çox “Selsi” (Celsius) və «Aleksis» (Alexis) variantları müzakirə edilirdi. Müzakirə vaxtı iştirakçılardan biri “Lexus” adını təklif etdi. Bu adın müəllifi hesab edir ki, Lexus sözü Elagance (ingilis dilində “gözəl”, “möhtəşəm”) və Luxury (ingilis dilində “lüks”, “əla”) sözləri ilə oxşar səslənir. Beləliklə, «Toyota»nın Amerika bazarı üçün istehsal edəcəyi markanın adı Lexus  kimi təsdiqləndi.

«Lexus»un loqotipinin müəllifi isə italyan dizayner Corcetto Cucarodur. Loqotipdə ellipsin daxilində markanın adının baş hərfi (“L”) verilib. «Toyota»nın ümumi ideyasına görə, Ellips nəhənglik, hüdudsuzluq deməkdir. Bu səbəbdən «Lexus» avtomobilinin loqosu hüdudsuz və qüsursuz gözəllik mənasını verir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh