Röyadan kobud qayda pozuntusu; azyaşlı uşağı təhlükəyə atdı - VİDEO

Xəbərlər 10 Sentyabr 2014 18:20 Oxunub 2281
Röyadan kobud qayda pozuntusu; azyaşlı uşağı təhlükəyə atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tanınmış müğənni azyaşlı oğlunun avtomobilin qabaq oturacağına mindirib, kəməri isə bağlamayıb

Müğənni Röya Ayxan “İnstagram” səhifəsində müzakirələrə səbəb olacaq video paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçı avtomobilini idarə edərkən azyaşlı oğlu Hüseyni maşının ön oturacağında əyləşdirib. Yol hərəkət qaydasını pozan ifaçı videoya özünəməxsus şərh yazıb: “Bu videoya baxıb, öldüm gülməkdən. Oğlum maşında qabaqda oturmaq üçün dava edən zaman onu yol polisi ilə qorxuduram. Hətta yolda polis olmayanda da deyirəm “kamera çəkir”, “görəcəklər”. Uşaq indi kamera görən kimi ayaq altında gizlənir”.

Avtosfer.az bildirir ki, qanunvericiliyə görə, yalnız 12 yaşdan yuxarı uşaqlar avtomobilin qabaq oturacağında otura bilər. Təhlükəsizlik kəməri isə mütləq bağlanmalıdır. Amma müğənni Röyanın oğlunun 12 yaşı yoxdur və üstəlik, uşağın avtomobildə bu şəkildə aparılması təhlükəlidir.

Sözügedən videonu təqdim edirik.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh