Yol polisindən Röyanın qayda pozuntusuna münasibət - VİDEO

Yol polisi 10 Sentyabr 2014 21:56 Oxunub 6566
Yol polisindən Röyanın qayda pozuntusuna münasibət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Mən inanmaram ki, Röya Ayxan oğlunun həyatına biganədir»

Müğənni Röya Ayxan “İnstagram” səhifəsində müzakirələrə səbəb olacaq video paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçı avtomobilini idarə edərkən azyaşlı oğlu Hüseyni maşının ön oturacağında əyləşdirib. Yol hərəkət qaydasını pozan ifaçı videoya özünəməxsus şərh yazıb: “Bu videoya baxıb, öldüm gülməkdən. Oğlum maşında qabaqda oturmaq üçün dava edən zaman onu yol polisi ilə qorxuduram. Hətta yolda polis olmayanda da deyirəm “kamera çəkir”, “görəcəklər”. Uşaq indi kamera görən kimi ayaq altında gizlənir”.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O, sözügedən videodan xəbərsiz olduğunu söylədi: “Bu videonu görməmişəm. Gərək baxım. Amma Röya azyaşlı oğlunu ön oturacaqda əyləşdiribsə, bu, qanun pozuntusudur. Uşaqlar üçün xüsusi oturacaqlar mövcuddur. Həmin oturacaqlardan istifadə olunmalıdır. Mən inanmaram ki, Röya Ayxan oğlunun həyatına biganədir".

Avtosfer.az bildirir ki, qanunvericiliyə görə, yalnız 12 yaşdan yuxarı uşaqlar avtomobilin qabaq oturacağında otura bilər. Təhlükəsizlik kəməri isə mütləq bağlanmalıdır. Amma müğənni Röyanın oğlunun 12 yaşı yoxdur və üstəlik, uşağın avtomobildə bu şəkildə aparılması təhlükəlidir.

Sözügedən videonu təqdim edirik.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh