Avtobuslara və sərnişinlərə təhlükə yaradan – 90-AS-401 – FOTO

Xəbərlər 11 Sentyabr 2014 19:48 Oxunub 2978
Avtobuslara və sərnişinlərə təhlükə yaradan – 90-AS-401 – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda sərnişinlərə və avtobuslara problem yaradan avtomobilin sürücüsü qanuna əməl etmir

«Hyundai» markalı, 90-AS-401 dövlət nömrə nişanlı bu avtobus sentyabrın 10-da axşam saat 19:00-dan etibarən 3 saat ərzində Azneft meydanındakı avtobus dayanacağını zəbt edib. Avtosfer.az-ın məlumatına görə, Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının gözü qarşısında baş verən bu qanunsuz əmələ görə dayanacaqda avtobus gözləyən sərnişinlər əziyyət çəkib. Çünki bu avtomobil düz dayanacağın baş tərəfindən dayandığı üçün dayanacağa yaxınlaşa bilməyən avtobuslar yolun hərəkət hissəsində saxlamalı olublar və sərnişinlər və özlərini təhlükəyə ataraq yolun hərəkət hissəsinə çıxmalı olublar.

Qeyd edək ki, həmin avtomobilin kimə məxsus olduğunu araşdırdıqda nəqliyyat vasitəsinin «Qafqaz Lizinq» şirkətinin adına qeydiyyata alındığı məlum oldu. Hər halda, belə sürücülərə qarşı ictimai qınaq aparmaqla onları ya qanunlara əməl etməyə, ya da qanunları öyrənməyə sövq etmək lazımdır.

Digər fotolar da maraqlıdır. Bunları isə bir neçə gün əvvəl əməkdaşımız Nərimanov rayonu ərazisində, Vergilər Departamenti ilə üzbəüz avtobus dayanacağında lentə alıb. Göründüyü kimi, minik maşınları dayanacağın qarşısını elə zəbt edib ki, avtobuslar yolun hərəkət hissəsində dayanmalı olurlar. Bütün bunlar isə yol polisinin gözü və «Təhlükəsiz şəhər» kameralarının qarşısında baş verir.

Avtosfer.az saytı həmin avtomobillərin fotolarını təqdim edir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh