Yol polisindən «AA» seriyalı maşın sahiblərinə xəbərdarlıq

Yol polisi 12 Sentyabr 2014 23:14 Oxunub 3480
Yol polisindən «AA» seriyalı maşın sahiblərinə xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «DYP “AA” seriyalı maşınlara göz yummur»

Cəmiyyətdə belə fikir formalaşıb ki, “AA” dövlət seriyalı avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozsalar belə, DYP onlara göz yumur. Bu əsla belə deyil. Qaydanı pozan “AA” dövlət nömrəli avtomobilin sürücüləri cəzasız qalmır. Avtosfer.az xəbər verir ki, bunu interaz-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov söyləyib. O, bildirib ki, qanun qarşısında hər kəs cavabdehdir: “Əgər biz yazılan protokollara baxsaq görərik ki, orada qaydanı pozan “AA” seriyalı avtomobillərin sürücüləri də var. Bu isə onu göstərir ki, qaydalar hər kəs üçün qaydadır. Yəni, «avtomobilin nömrəsi “AA”-dırsa onlar məsuliyyətə cəlb edilə bilməz» fikri yanlışdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh