Bakıda “Nağaracuğaaa” maşını - FOTO

Xəbərlər 14 Sentyabr 2014 03:20 Oxunub 5129
Bakıda “Nağaracuğaaa” maşını - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını xarab olduğu üçün sürücü metronun yaxınlığında dayanmalı olub

Bakıda “Şaqman” markalı ağır tonnajlı yük maşınına məzəli bir şüar yapışdırılıb. Axar.az xəbər verir ki, feysbukda yayılan fotoda sürücünün maşınına el arasında məşhur “Nağaracuğaaa” sözünü yazdığı məlum olub.

Sürücü metronun «Sahil» stansiyası yaxınlığında maşını xarab olduğu üçün saxlayıb. Yol polisi ona yaxınlaşaraq, sürücünün diqqətinə trass əməliyyatı olduğunu çatdırıb və ərazidən uzaqlaşmasını tələb edib. Bu zaman sürücünün maşınının qapısına “Nağracuğaaa” şivəsi ilə şəkil yapışdırdığı bəlli olub və fotolentə alınıb.

Qeyd edək ki, bu ifadə Aran zonasında insanların “nə edəcəyik” sualının ləhcə ilə deyiliş formasıdır. Əsasən Salyan, Sabirabad, Şirvan bölgələrində bu cür söylənir. Son vaxtlar isə bu ifadə Azərbaycanda lağ hədəfi kimi məşhurlaşıb. Hətta ara mahnılarda, müxtəlif şou proqramlarda, komediyalarda replika şəklində istifadə olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh