Avtosfer.az | Reklam
Hansı istiqamətlərdə hərəkəti davam etdirmək olar – SUALIN CAVABI
Yarışma 15 Sentyabr 2014 14:05 4162 dəfə oxunub
Hansı istiqamətlərdə hərəkəti davam etdirmək olar – SUALIN CAVABI
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının cavabını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Minik avtomobilini yedəyə alaraq hərəkət edən minik avtomobili bu yolayrıcında hansı istiqamətlərdə hərəkətini davam etdirə bilər?

A) Bütün istiqamətlərdə;

B) “A”-dan başqa bütün istiqamətlərdə;

C) Yalnız “A” istiqamətində;

Ç) Yalnız “A” və “B” istiqamətlərində.

Suala oxucular tərəfindən verilən cavabları təqdim edirik.

Tamerlan Cabbarov - Qosquyla hereket eden nv ucun orada yol hereket nisani var. Yəni, cavab c varianti a istiqamete

Khalig – Saga. sekile baxin

Rena Mamedova – C. yalnız A istiqamətdə

Emin - Cavab B varianti. Ağ fonu olan işarə yalnız qoşqu ilə hərəkət edən NV-nə aiddir. Qoşqu ilə hərəkət edən NV yalnız sağ tərəfə dönməlidir.Burada isə yedəkdə olan NV-dir. Yedəkdə olan NV sağ tərəfdən başqa bütün istiqamətlərə dönə bilər

Zülfəli - A variantı- bütün istiqamətlərdə. YHQ-nin tələbinə görə n.v-ni yedəyə alma qoşqu ilə hərəkət sayılmır. Ona görə də, şəkildə quraşdırılmış yol nişanı yedəyə alma zamanı bu halda sürücüyə heç bir məhdudiyyət qoymur.

Vusal Imanov - Şəkildə gördüyümüz işarə Məcburi hərəkət istiqaməti nişanıdı yəni 4.1.2 Sağa hərəkət nişanıdı.qoşqu ilə hərəkət edən maşın üçün yalnız sağa işarəsi qoyulub.cavab C yalnız A istiqamətində

Arzu - Mecburi saga donme nishani ile birlikde qurashdirilmish icaze verilen kutlesi 3.5t-dan cox olan yuk avtomobilinin qoshqu dashimasina icaze veren lovhe hemcinin de yedeyinde nasaz n.v dashiyan minik avtomobillerinin hereketine icaze verir. Bu veziyyetde mecburi sag istiqamete hereket nishani tesirinde nasaz minik avtomobilini yedeye almish minik avtomobili surucusu yalniz A-sag istiqamete hereketi davam etdire biler. Cavab C-yalniz A istiqameti.

Elcin - A Bütün istiqamətlərdə;

Shahid - C Yalnız “A” istiqamətində;

Lala - A Bütün istiqamətlərdə;

Əlirza - C Yalnız “A” istiqamətində;

Vusal Imanov - Şəkildə gördüyümüz işarə məcburi hərəkət istiqaməti nişanıdı. Yəni 4.1.2 Sağa hərəkət nişanıdı.qoşqu ilə hərəkət edən maşın üçün yalnız sağa işarəsi qoyulub.cavab C) yalnız A istiqamətində

Telman Qasanoff - cavab C) yalniz a istiqametinde

Şahid Qedirli - C) Yalnız “A” istiqamətində;

Vusal Hajievv - Cavab Ç varianti. Istiqamet olaraq A və B istiqametlerine herekete icaze verilir... Gorunduyu kimi saga donme gosteren niwan yalniz hereketin saga ve duz istiqmete olmasina icaze verir o zamanki sola ve geriye hereket ede bilerki ox isaresi sol istiqamete olsaydi.ve yalniz o zaman saga icaze verilerdiki qowqu qowulan mawinlar yuk avtomobili olsaydi. Bu niwan qowqu ile hereket eden minik avtomobilerinin hereketine qadagan etmir.

Elvin Mammadli – Ç

Sualın doğru cavabı isə belədir: Şəkildə gördüyünüz 4.1.2 “Sağa hərəkət” nişanı həmin yolayrıcında nəqliyyat vasitələrinin yalnız sağa hərəkətinə icazə verir və qalan bütün istiqamətlərdə hərəkəti qadağan edir. Ona əlavə olunan 2-ci nişan - 7.4.2 lövhəciyi isə bu nişanının aid olduğu nəqliyyat vasitələrinin növünü dəqiqləşdirir. Lakin 7.4.2 lövhəciyinin qüvvəsi qoşqulu minik avtomobillərinə şamil edilməsə də, onun qüvvəsi yedəyində başqa mexaniki nəqliyyat vasitəsi olan minik avtomobilinə aiddir. Deməli, doğru cavab “C” variantıdır.

Sualın düzgün cavabını verən oxucularımızdan Tamerlan Cabbarov qalib olaraq sponsorun təqdim etdiyi mükafatı qazanıb. Hədiyyəni əldə etmək üçün 055 335 15 59 saylı telefonla əlaqə saxlamaq lazımdır.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

Avtosfer.az

ŞƏRH YAZ
Ad
E-mail
Şərh