Məhkəmə 21 il əvvəl edam edilmiş gəncə bəraət verdi

Gündəm 2 Dekabr 2016 11:57 Oxunub 1358
Məhkəmə 21 il əvvəl edam edilmiş gəncə bəraət verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, Apellyasiya məhkəməsinin qərarından iki gün sonra zorakılıq və qətldə ittiham olunaraq, edam edilib

Çinin Xebey əyalətində 21 il əvvəl edam edilən 20 yaşlı gəncə bəraət verilib.

Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, edam hadisəsi 1995-ci ildə baş verib. Apellyasiya Məhkəməsinin qərarından iki gün sonra 1974-cü ildə doğulmuş Ne Şubin zorakılıq və qətldə ittiham olunaraq, edam edilib. İnformasiyaya əsasən, hadisədən 10 il sonra təcavüzkar və qatil Van Şutczin əməlini etiraf edib. Məhkəmə onun barəsində ölüm hökmü çıxarıb. Xəbərə görə, məhkəmə bu cinayət işinə 2014-cü ildə yenidən baxıb. Məlumatda bildirilib ki, dekabrın 2-də Çin Ali Məhkəməsi bu hökmü ləğv edərək, Ne Şubinə bəraət qazandırıb.

Xəbərdə qeyd edilib ki, bu, Çinin məhkəmə sistemində ilk belə hadisə deyil. 1996-cı ildə Çinin Daxili Monqolustan əyalətinin 18 yaşlı kişi sakini Çjao Şjixunun səhvən edam edilməsi 2014-cü ildə məlum olub. Məhkəmə ona bəraət qazandıraraq, valideynələrinə 330 min dollar məbləğində kompensasiya verib. Çjao Şjixun da zorakılıq və qətlədə ittiham olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh