Fidel Kastro “UAZ” avtomobilində yola salınıb – VİDEO

Gündəm 2 Dekabr 2016 13:53 Oxunub 1735
Fidel Kastro “UAZ” avtomobilində yola salınıb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil dörd gün ərzində 400 kilometrdən çox məsafəni qət edəcəyi dövrdə yüz minlərlə insan Fidel Kastro ilə vidalaşacaq

Kuba inqilabının lideri Fidel Kastro SSRİ istehsalı olan əfsanəvi “UAZ-469” markalı avtomobildə son mənzilə yola salınıb.

Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kastronun külü dəfn olunması üçün avtomobillə Santyaqo-de-Kuba şəhərinə yola salınıb. Dəfn mərasimi dekabrın 3-də keçiriləcək.

Kubada çox populyar olan “UAZ” markalı avtomobil dörd gün ərzində 400 kilometrdən çox məsafəni qət edəcəyi dövrdə yüz minlərlə insan Fidel Kastro ilə vidalaşacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh