Gediş haqqı artırılıb bu qiymətə olacaq - Metroda

Gündəm 2 Dekabr 2016 14:15 Oxunub 27501
Gediş haqqı artırılıb bu qiymətə olacaq - Metroda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırda da o zərərin ödənilməsi üçün biz dotasiya alırıq"

Bütün sahələrdə və xidmət sektorunda qiymət artımları müşahidə olunur. Öncəki 5 illə müqayisədə ölkə büdcəsindəki ciddi azalma ictimai nəqliyyata da təsirsiz ötüşməyəcək. Xüsusən də metroda gediş haqqının artırılacağı gözlənilir. Avtosfer.az "cebheinfo"ya istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin əhaliyə göstərdiyi xidmət o qədər də yaxşı deyil. Son vaxtlar metroda tez-tez nasazlıqlar baş verir. Ekspertlər bunu bahalaşmanın anonsu kimi qiymətləndirirlər. Çünki bundan öncə də bahalaşma öncəsi tez-tez qatarlarda nasazlıqlar yaranırdı. Bəzi məlumatlara görə, metroda gediş haqqı 40 qəpik ola bilər. Elektrik enerjisinin qiymətinin artması da metroda gedişhaqqının artmasına təsir edə bilər.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev mediaya açıqlamasında qeyd edib ki, qiymət artımı xərclərin çoxalmasına səbəb olacaq: "Hələ ki, Tarif Şurasına müraciət etməmişik. Amma elektrik enerjisinin qalxması metro xərclərinə təsir edəcək. Ümumiyyətlə, metroda sərnişin daşınma xərci onların ödədiyi gediş haqqından bahadır. Uzun illərdir ki, bu belədir. Amma hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq, hər il metronun xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən metroya dotasiya ayrılır. Hazırda da o zərərin ödənilməsi üçün biz dotasiya alırıq. Hələ ki, bu səbəbdən problem yoxdur. Tarif Şurasına da bununla bağlı müraciət etməmişik. Gələcəkdə Tarif Şurasının nə qərar qəbul edəcəyini isə deyə bilmərik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh