Bakıda iki yolda sürət həddi dəyişdirildi - DİQQƏT

Gündəm 2 Dekabr 2016 15:00 Oxunub 3108
Bakıda iki yolda sürət həddi dəyişdirildi - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Nəqliyyat Agentliyi məlumat yayıb

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Bakı Nəqliyyat Agentliyinin İcitmai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev Avtosfer.az-a bildirib ki, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi  iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı  zolaqda 80 km/saatdan 60 km/saata endirilib. Eyni zamanda Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh