Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Gündəm 2 Dekabr 2016 15:44 Oxunub 984
Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava Limanı: "Təyyarələrin yola salınması və qəbulu normal rejimdə davam etdirilir"

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik yaratmayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı aeroportundan “Report”a bildirilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir: “Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Hələ ki, bu gün, indiyə qədər nəzərdə tutulan reyslərin heç biri təxirə salınmayıb və uçuşların həyata keçirilməsində heç bir problem yaranmayıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh