Bərə səfərləri dayandı - Yunanıstanda tətil

Gündəm 2 Dekabr 2016 20:10 Oxunub 1073
Bərə səfərləri dayandı - Yunanıstanda tətil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dənizçilər hökumətin yeni qərarlarına etiraz edir

Yunanıstanda dənizçilərin 48 saatlıq tətili ilə əlaqədar bütün ölkə ərazisində bərə səfərləri dayanıb. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, dənizçilər vergilərin artırılmasına etiraz olaraq bazar gününə kimi tətil elan edib. Tətillə əlaqədar olaraq yunan adaları iki gün ərzində bir-birindən və əsas ərazidən kəsilmiş olacaq.

Dənizçilər hökumətin yeni qərarlarına etiraz edir. Həmkarlar İttifaqının məlumatlarına görə, həmin qərarların qəbul edilməsi ilə dənizçilərə şamil olunan xüusi vergi güzəştləri ləğv oluna bilər. Bu zaman dənizçilərin gəlir vergisi 45 faiz təşkil edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh