Avtomobil sığortası 13 faiz azalıb

Gündəm 3 Dekabr 2016 02:01 Oxunub 1430
Avtomobil sığortası 13 faiz azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 80 manat olub

2016-cı ilin noyabr ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. Avtosfer.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, 2015-ci ilin noybar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma baş verib. Noyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 2,5% azalaraq 80.3 manat olub.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh