Bu maşını yalnız bu sürücülük vəsiqəsi ilə sürmək olar – SUALIN CAVABI

Yarışma 22 Sentyabr 2014 19:12 Oxunub 24450
Bu maşını yalnız bu sürücülük vəsiqəsi ilə sürmək olar – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual yol hərəkətinə dair nəzəri biliklərin yoxlanılmasına yönəlib. Kifayət qədər sadə olan sual belədir:

Şəkildə gördüyünüz nəqliyyat vasitəsini bu vəziyyətdə idarə etmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır?

A) “D” və ya “DE” kateqoriya sürücülük vəsiqəsi;

B) “C” və ya “CE” kateqoriya sürücülük vəsiqəsi;

C) Eyni zamanda həm “D” və ya “DE”, həm də “C” və ya “CE” kateqoriya sürücülük vəsiqəsi;

Ç) Belə nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı yolverilməzdir.

 

Suala verilən cavablar az olub. Görünür, oxuculurın bu sahədə biliyi zəifdir. Cavablar bunlardır:

 

Vusal Imanov -  “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

“DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

bele neqliyyat vasitesinin yol hereketinde istiraki yolverilmezdir,cavab Ç variantidi.

 

Vusal Hajievv  - C- icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

 

CE- qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

bu yuk masinin idare etmek ucun bu kateqoriyalar lazimdi o zamanki icerrisinde sernisin olmasaydi . bele haldada sernisin dawinmasi qadagandir

Cavab Ç varianti

 

النفس اللوامة - Düzgün cavab B-dir.

 

Vugar Jabbarov  - Ç

 

Behruz Mehemmedov - C

 

Leyla Meherremova - Ç

 

Zahir Valiyev - Belə nəqliyyat vasitələrində adamların daşınması qadağandır

Belə ki, adamların daşınması üçün nəzərdə tutulmuş yük avtomobilinin kuzovu, bortun yuxarı kənarından 15 sm-dən az olmayan məsafədə, bərkidilmiş oturacaqlarla təchiz edilməlidir. Oturacaqlar yan bort boyunca yerləşdirilməli və söykənəcəyi olmalıdır. 

Yük avtomobilinin kuzovunda avtomobilin uzunluğunun yarısından artıq olmayan örtüyü olmalıdır. Kuzovun örtülmüş hissəsinin hündürlüyü 180 sm-dən az olmamalı və avtobusun kuzovu şəklində hazırlanmalıdır. Bilavasitə, oturacaqların arxa borta yaxın quraşdırılmasına icazə verilmir

 

Emil - Belə nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı yolverilməzdir.

 

Sualın doğru cavabı isə belədir: 

“Yol hərəkəti haqqında» Qanunun 56-cı maddəsinin III hissəsində göstərilən qaydada təchiz edilməklə yük avtomobilinin bort platformasında adamların daşınmasına yol verilir. Şəkildəki yük avtomobili həmin  qaydada təchiz edilmiş olduğundan onun adamları daşıması qaydalar çərçivəsindədir. “Yol hərəkəti haqqında» Qanunun 56-cı maddəsinin I hissəsində isə deyilir ki, yük avtomobilində kabinədəki sərnişinlər də daxil olmaqla 8-dən artıq adam daşındıqda sürücü “C”  və “D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalıdır. Digər tərəfdən, “CE” kateqoriyalı sürücülük vəsiqəsinin “C” kateqoriyasını da, “DE” kateqoriyalı sürücülük vəsiqəsinin isə “D” kateqoriyasını da ehtiva etdiyi məlumdur. Deməli, doğru cavab “C” variantıdır, şəkildə gördüyünüz nəqliyyat vasitəsini bu vəziyyətdə idarə etmək üçün sürücünün eyni zamanda həm “D” və ya “DE”, həm də “C” və ya “CE” kateqoriya sürücülük vəsiqəsi olmalıdır.

Suala yeganə doğru cavabını Bəhruz Məhəmmedov adlı oxucumuz verib. Onu təbrik edirik və «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün bu nömrəyə zəng etməsini xahiş edirik; 055 335 15 59

 

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh