Nəqliyyat Nazirliyi Bakı şəhər İcra Hakimiyyətinin çörəyinə şərik çıxdı - FOTO

Yazarlar 25 Sentyabr 2014 00:30 Oxunub 1780
Nəqliyyat Nazirliyi Bakı şəhər İcra Hakimiyyətinin çörəyinə şərik çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşları da dayanacaqpulu yığmağa başladı

Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşları da dayanacaqpulu yığmağa başlayıb. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilir ki, sentyabrın 24-də Kliniki Tibbi Mərkəzin («Semaşko» xəstəxanası) qarşısında üzərində Nəqliyyat Nazirliyinin etiketləri olan geyimdə bir nəfər sürücülərə qəbz paylayıb və pul alıb. Oxucumuz həmin qəbzin fotosonu da bizə göndərib: «Xəstəxananın qarşısında bir nəfər dayanır. Orada maşın park edənlərə çek verir. Çekin qarşılığında isə 50 qəpik alır».

Oxucu sual verir ki, belə bir qəbzin hüquqi qüvvəsi varmı?

Avtosfer.az saytı olaraq bildiririk ki, qəbzdən hər şey qaydasında olduğu görünür. Çünki bu, Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğun və fərdi nömrəsi olan qəbzdir. Amma məsələ burasındadır ki, son vaxtlar Bakının hər küçəsində şəhər İcra Hakimiyyəti tərəfindən parkomatlar quraşdırılıb və sürücülər də dayanacaq pulunu həmin parkomatlara ödəyirlər. Çox güman ki, oxucunu çaşdıran da bu olub. Çünki hamı BŞİH əməkdaşlarının nəzarətində olan parkinqlərə öyrəşib. Nəqliyyat Nazirliyi isə bu işə yeni qoşulub.

Maraqlıdır, g.rəsən, Bakıda parkinqlər və onlardan gələn pul nə qədər çoxdur ki, Bakı şəhər İcra Hakimiyyəti bunun öhtəsindən təkbaşına gələ bilmir? Yoxsa, Nəqliyyat Nazirliyi Bakı şəhər İcra Hakimiyyətinin çörəyinə şərik çıxır?

Avtosfer.az qəbzin fotosunu təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh